“Portu” Portuqaliya Kubokunu qazandı – 20-ci dəfə

Futbol üzrə Portuqaliya Kubokunun 2023/2024-cü illər mövsümünün finalında “Portu” və “Sportinq” komandaları qarşılaşıblar.

Arena.az məlumat verir ki, mayın 26-da Lissabonun “Milli stadion”unda keçrilmiş oyun dramatikliyi ilə yadda qalıb və “əjdahalar”ın “şirlər” üzərində əlavə vaxtda 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Oyunun 20-ci dəqiqəsində Yerri Yuste “Sportinq”i hesabda önə keçirib – 0:1. 25-ci dəqiqədə “Portu” hesabı bərəbərləşdirib, Evanilson fərqlənib – 1:1. 29-cu dəqiqədə isə hakim “şirlər”in qolunun müəllifi Yerri Yusteni kobud oyuna görə meydandan qovub və “Sportinq”in qapısına penalti təyin edilməsi haqda qərar verib. Ancaq VAR müdaxiləsindən sonra isə penalti qərarı ləğv edilib. Azlıqda qalmış “Sportinq” uğuru müdafiədən əks-hücuma keçmək taktikasında axtarmağa qərar verib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda, 100-cü dəqiqədə isə Mehti Taremi dəqiq penalti zərbəsilə “əjdahalar”ı hesabda önə – 2:1. Var qüvvəsi ilə irəl atılmış “Sportinq”in səyləri nəticə verməyib və oyunu qələbə ilə başa vurmuş “Portu” cari mövsüm Portuqlaiya Kubokunun qalibi olub.

Bu, “Portu”nun Portuqaliya Kubokunda 20-ci zəfəridir, “əjdahalar” 14 dəfə də ölkə kubokunun finalçısı olublar. “Sportinq”in isə Portuqaliya Kubokunda 17 qalibiyyəti və 13 gümüş medalı var. Potuqaliya Kubokunu ən çox qazanmış klub isə “Benfika”dır. “Qartallar” 26 dəfə Portuqaliya Kubokunun qalibi, 12 dəfə isə gümüş mükafatçısı olublar.

Vurğulayaq ki, “Sportinq” cari mövsümdə Portuqaliya Premyer Liqasının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: