Premyer Liqa: “Çelsi” və “Arsenal”dan qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.

“Vest Hem” “Aston Villa”nı, “Lids” “Norviç Siti”ni məğlub yola salıb. “Sauthempton” evdə “Uotford”a uduzubsa, “Everton” da “Vulverhempton”a məğlub olub.

2022-ci ildə uğurlu çıxış edən “Nyukasl” 9 oyunluq məğlubiyyətsizlik seriyasını “Çelsi” ilə səfər matçında davam etdirməyə çalışsa da, buna nail olmayıb. Premyer Liqada 5 oyundur uduzmayan London klubu bu oyundan minimal hesabla qalib ayrılıb. Paytaxtın digər təmsilçisi “Arsenal” da “Lester”lə ev oyununda inamlı qələbəyə sevinib.

Tura “Kristal Pelas” – “Mançester Siti” görüşüylə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
29-cu tur
12 mart

Brayton – Liverpul 0:2
Qol: L.Dias, 19. Salah, 61-pen.

Brentford – Bernli 2:0
Qol: Toni, 85; 90+4-pen.

Mançester Yunayted – Tottenhem 3:2
Qol: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına.

13 mart

Vest Hem – Aston Villa 2:1
Qol: Yarmolenko, 70. Fornals, 82 – Remsi, 90.

Lids – Norviç Siti 2:1
Qol: Rodriqo, 14. Gelhardt, 90+4 – Maklin, 90+1.

Sauthempton – Uotford 1:2
Qol: Elyunussi, 45 – Kuço, 14; 34.

Çelsi – Nyukasl 1:0
Qol: Haverts, 89.

Everton – Vulverhempton 0:1
Qol: Koadi, 49.

Arsenal – Lester Siti 2:0
Qol: Partey, 11. Lakazette, 59.

14 mart

00:00. Kristal Pelas – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: