Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turunun daha bir oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, günün yeganə matçında “Neftçi” “Səbail”i qəbul edəcək.
Bu komandalar mövsümə məğlubiyyətlə başlayıblar. “Ağ-qaralar” səfərdə “Kəpəz”ə (0:1), “Səbail” evdə “Sumqayıt”a (1:4) uduzub. Bu üzdən də komandalar ilk xal və xallarını qazanmağa çalışacaqlar.
Paytaxt təmsilçiləri indiyə qədər Azərbaycan çempionatında 23 oyun keçiriblər. Bu görüşlərdə aşkar üstünlük “Neftçi”nin tərəfindədir. 17 qələbəsi olan “ağ-qaralar” 4 heç-heçə edib, cəmi 2 görüşdə uduzublar. “Neftçi” son 13 oyunda bu rəqibinə qol vurub. “Səbail” isə ardıcıl 6 səfər matçından xalsız ayrılıb.
Xatırladaq ki, bu tur “Sabah”ın “Sumqayıt”la səfər oyunu Avropa Konfrans Liqasındakı Serbiya “Partizan”ı ilə görüşə daha yaxşı hazırlaşması üçün təxirə salınıb.
Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust
“Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qollar: İsmail Azzaui, 17. Elvis Maşike, 83.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “Dalğa Arena”, 18:30.
“Zirə” – “Kəpəz” 1:0
Qol: Qismət Alıyev, 64.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu, 21:00.
13 avqust
“Qarabağ” – “Turan Tovuz” 3:0
Qol: Olavio Juninyo, 30. Abdullah Zubir, 66. Adama Diakabi, 69.
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azərsun Arena”, 18:30.
14 avqust
“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi Arena”, 20:00.


