Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 8-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Zirə” ilə “Kəpəz” arasında baş tutacaq. “Zirə” doğma meydanda növbəti qələbəsini qazanmaqla liderlər qrupundakı mövqeyini qorumağa çalışacaq. Bu mövsüm nəinki qələbəyə, hətta xala da həsrət olan “Kəpəz” isə uğursuz gedişata son qoymağa çalışacaq.
“Zirə” ilə “Kəpəz” bunadək 20 oyunda qarşılaşıblar. Bu görüşlərdə qəsəbə təmsilçisi 9, Gəncə klubu cəmi 3 qələbə qazanıb, 8 görüşdə qalib müəyyənləşməyib. “Kəpəz” son 12 matçda bu rəqibi üzərində qələbə qazanmayıb. “Zirə” bütün ev görüşlərində qol vurub və xal qazanıb.
Günün digər oyunu “Neftçi” ilə “Sumqayıt” arasında keçiriləcək. Son oyunlarında xala həsrət qalan bu komandaların dueli maraqla gözlənilir. Xüsusilə hələ də qələbə qazana bilməmiş “Neftçi”nin bu sindroma “Sumqayıt”la oyunda son verib-verməyəcəyi böyük sual altındadır.
Bu, “Neftçi” ilə “Sumqayıt”ın Premyer Liqada 48-ci görüşü olacaq. Əvvəlki 47 oyunda paytaxt klubu 23, Sumqayıt təmsilçisi 14 qələbə qazanıb. 10 oyun da bərabərliklə bitib. “Neftçi” son 10 qarşılaşmada qol vurub. “Sumqayıt” son 3 matçda uduzmayıb.
Premyer Liqa
8-ci tur
27 sentyabr
“Araz-Naxçıvan” – “Səbail” 3:2
Qollar: Felipe Santos, 57-pen. Bəxtiyar Həsənalızadə, 52. Bernardo Dias, 84 – Qorka Larruçea, 45+1; 89.
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Sumqayıt Arena”, 19:00.
28 sentyabr
“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:30.
29 sentyabr
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 16:00.
“Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 19:00.


