Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi

İngiltərənin “Şeffild Yunayted” klubu baş məşqçi Kris Uaylderlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Uaylderlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, 2016-cı ildən “Şeffild Yunayted”i çalışdırırdı.

“Şeffild Yunayted” Premyer Liqada 14 xalla sonuncu sıradadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: