Premyer Liqa: “Lids”dən əzmkar qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu tura start verilib. Arena.az xəbər verir ki, həftəsonu turun cəmi 4 görüşü baş tutacaq. Qalan 6 oyun isə İngiltərə kubokunun oyunlarına görə təxirə salınıb.

İlk oyun günündə “Vulverhempton” evdə “Lids”lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Həftəiçi təxirə salınmış oyunda “Liverpul”a məğlub olan “Arsenal” bu dəfə “Aston Villa”nın qonağı olacaq.

Bu tur London derbisiylə diqqət çəkir. “Tottenhem” – “Vest Hem” qarşılaşması həm də, turnir cədvəlində avrokubok zonasından uzaqlaşmamaq baxımından əhəmiyyətlidir.

İngiltərə Premyer Liqası
30-cu tur
18 mart

Vulverhempton – Lids 2:3
Qol: Conni, 26. Trinkao, 45+11 – Harrison, 63. Rodriqo, 66. Aylinq, 90+1.

19 mart

16:30 Aston Villa – Arsenal

20 mart

18:00 Lester Siti – Brentford
20:30 Tottenhem – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: