Premyer Liqa: “Liverpul” büdrədi, MS nəhayət ki, qələbə qazandı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Everton” “Vulverhempton”u, “Aston Villa” isə “Brentford”u məğlub yola salıb.

Yeddi oyun idi qələbə qazana bilməyən son çempion “Mançester Siti” nəhayət ki, bu dəfə “Nottingem Forest”lə oyunda uğursuz gedişata son qoyub. Xosep Qvardiolanın komandası doğma meydanda 3 cavabsız qolla qalib gəlib.

Səfərdə “Sauthempton”la qarşılaşan “Çelsi” də darmadağına sevinib.

“Arsenal”la “Mançester Yunayted” arasındakı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Səfərdə “Nyukasl”la qarşılaşan lider “Liverpul” isə xal itkisi ilə üzləşib.

Turun qalan oyunları dekabrın 5-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
14-cü tur
3 dekabr

İpsviç Taun – Kristal Pelas 0:1
Qol: Mateta, 59.

Lester Siti – Vest Hem 3:1
Qollar: Vardi, 2. El Xannus, 61. Daka, 90 – Fullkruq, 90+3.

4 dekabr

Everton – Vulverhempton 4:0
Qollar: E.Yanq, 10. Manqala, 33. Douson, 49-öz qapısına; 72-öz qapısına.

Mançester Siti – Nottingem Forest 3:0
Qollar: B.Silva, 8. De Bröyne, 31. Doku, 57.

Nyukasl – Liverpul 3:3
Qollar: A.İsak, 35. Qordon, 62. Şer, 90 – Cons, 50. Salah, 68; 83.

Sauthempton – Çelsi 1:5
Qollar: Aribo, 11 – Disasi, 7. Nkunku, 17. Madueke, 34. Palmer, 76. Sanço, 87.

Arsenal – Mançester Yunayted 2:0
Qollar: Timber, 54. Saliba, 73.

Aston Villa – Brentford 3:1
Qollar: Rocers, 21. Uotkins, 28-pen. Keş, 34.

5 dekabr

23:30. Fulhem – Brayton
00:15. Bornmut – Tottenhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: