Premyer Liqa: “Liverpul” tək, “Çelsi” 4 qolla qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tura start verilib. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf olunub.

“Lester Siti” “Lids”i, “Aston Villa” “Sauthempton”u, “Nyukasl” isə “Brayton”u məğlub yola salıb. “Vulverhempton” evdə “Kristal Pelas”a, “Norviç Siti” isə “Brentford”a uduzub.

Həftəiçi İngiltərə kubokunda mərhələ adlayan “Çelsi” təxminən iki həftəlik fasilədən sonra Premyer Liqa matçına çıxıb. Londonlular təhlükəli zonadan uzaqlaşmağa çalışan “Bernli”nin qonağı olub. “Zadəganlar” bu görüşdə 4 cavabsız qola seviniblər.

“Liverpul” isə “Vest Hem”i qəbul edib. “Qırmızılar” bu oyundan minimal hesabla qalib ayrılıb.

Tur Mançester derbisiylə əlamətdar olacaq. Çempionatın lideri “Mançester Siti” “Etihad” stadionunda əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək. Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, oyuna maraq böyükdür. İndiyədək baş tutan 186 derbidə “qırmızı şeytanlar”ın üstünlüyü var (77 qələbə, 56 heç-heçə, 53 məğlubiyyət). Premyer Liqadakı son 10 görüşdə isə bərabərlik var – 2 heç-heçə və hərəyə 4 qələbə.

İngiltərə Premyer Liqası
28-ci tur
5 mart

Lester Siti – Lids 1:0
Qol: Barnes, 67.

Aston Villa – Sauthempton 4:0
Qol: Uotkins, 9. D.Luis, 44. Koutinyo, 52. İnqs, 54.

Bernli – Çelsi 0:4
Qol: R.Ceyms, 47. Haverts, 52; 55. Pulişiç, 69.

Vulverhempton – Kristal Pelas 0:2
Qol: Mateta, 19. Zaha, 34-pen.

Norviç Siti – Brentford 1:3
Qol: Pukki, 90+2 – Toni, 32; 52; 58.

Nyukasl – Brayton 2:1
Qol: Freyzer, 12. Şar, 14 – Dank, 55.

Liverpul – Vest Hem 1:0
Qol: Mane, 27.

6 mart

18:00. Uotford – Arsenal
20:30. Mançester Siti – Mançester Yunayted
00:00. Tottenhem – Everton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: