Premyer Liqa: “Mançester Siti”dən “Fulhem” üzərində çətin qələbə

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 15-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Nottingem Forest” – “Brentford” matçında qalib müəyyənləşməyib. Yeddi qolluq “Lids” – “Bornmut” matçında isə meydan sahibləri qələbə qazanıblar. “Mançester Siti” də “Fulhem”lə ev oyununda çətin qələbəyə sevinib. “Vulverhempton” evdə “Brayton”a, “Everton” isə “Lester Siti”yə məğlub olub.

Turun qalan oyunları bazar gününə təsadüf edəcək.

İngiltərə Premyer Liqası
15-ci tur
5 noyabr

Lids – Bornmut 4:3
Qol: Rodriqo, 3-pen. Qrinvud, 60. Kuper, 68. Sammervill, 84 – Tavernye, 7. Billinq, 19. Solanke, 48.

Mançester Siti – Fulhem 2:1
Qol: Alvares, 17. Haland, 90+5-pen – A.Pereyra, 28-pen.

Nottingem Forest – Brentford 2:2
Qol: Gibbs-Uayt, 20. Zanka, 90+6-öz qapısına – Mbeumo, 45+3. Vissa, 75.

Vulverhempton – Brayton 2:3
Qol: Qedes, 12. Neves, 35-pen – Lallana, 10. Mitoma, 44. Qross, 83.

Everton – Lester Siti 0:2
Qol: Tilemans, 45. Barnes, 86.

6 noyabr

16:00. Çelsi – Arsenal
18:00. Aston Villa – Mançester Yunayted
18:00. Sauthempton – Nyukasl
18:00. Vest Hem – Kristal Pelas
20:30. Tottenhem – Liverpul

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: