Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “İmişli” “Neftçi”ni qəbul edib. Yevlax şəhər stadionunda təşkil edilmiş oyunun baş hakimi Kamranbəy Rəhimov olub. Beş qolun qeydə alındığı görüşdə paytaxt təmsilçisi çətin qələbəyə sevinib.
Premyer Liqa
5-ci tur
11 sentyabr
“İmişli” – “Neftçi” 2:3
Qollar: Bəxtiyar Həsənalızadə, 29. Azər Salahlı, 45+7-pen – Fredi Varqas, 12. Breno Almeyda, 28. Qustavo Klisman, 80.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu, 16:30.
İmişli: 22. Sadiq Məmmədzadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 33. Əkbər Eyubov, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr, 80. Deko.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 55. Murad Ələkbərov, 30. Xəlil Mürsəlli, 13. Rafael Vyeqas, 10. Dioqo Kardozo, 8. Xuan Hernandes, 42. Sebai Senin.
Baş məşqçi: Fərid Namazov.
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 17. Murad Xaçayev, 3. Rüfət Abbasov, 77. Falaye Sako, 18. İfeanyi Metyu, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 10. Freddi Varqas, 11. Alen Şkribek.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 26. Adeleke Akinyemi, 22. Denzel Jubitana, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.


