Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulmuş iki qarşılaşmadan biri artıq başa çatıb.
“Kəpəz” ilk tur çərçivəsində “Neftçi”ni sınağa çəkib. Əzəli rəqiblər Gəncədə üz-üzə gəliblər. Meydan sahibləri bu görüşdə sürpriz qələbəyə seviniblər. Halbuki, hazırda rəqibindən qat-qat güclü olan paytaxt təmsilçisinin bu oyundan asan qələbə ilə ayrılacağı ehtimal olunurdu.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”a 3:0, “Sumqayıt” “Səbail”ə 4:1, “Zirə” isə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlmişdi. Mövsümün ilk turu bu gün Bakıda “Sabah” və “Qəbələ” komandaları arasında keçiriləcək oyunla tamamlanacaq.
Azərbaycan Premyer Liqası
1-ci tur
6 avqust
“Kəpəz” – “Neftçi” 1:0
Qol: Mate Kvirkviya, 44-pen.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Gəncə şəhər stadionu.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 23. Ataa Caber, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 4. Mark Tamaş, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 82. Rüfət Abbasov, 5. Kenni Sayef, 14. Eddi İsrafilov, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.


