Premyer Liqa: “Neftçi” Sumqayıtda 4 cavabsız qola sevindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün 29-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu günə nəzərdə tutulan daha bir qarşılaşma başa çatıb.

Günün sonuncu matçında “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşıb. “Ağ-qaralar” səfərdə darmadağınla qalib gəliblər. İlk yarıda bir qol vuran paytaxt təmsilçisi fasilədən sonra meydan sahiblərini daha üç dəfə mərkəzə dəvət edib. Beləcə, “Neftçi” rəqib meydanında 3 xalı 4 cavabsız qolla qazanıb.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Zirə”yə 2:1 hesabıyla qalib gəlmişdi. Bu gün baş tutan ilk oyunda isə “Səbail” “Sabah”ı 2:1 hesabıyla yenmişdi. Tura sabah keçiriləcək “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
29-cu tur
8 aprel

“Sumqayıt” – “Neftçi” 0:4
Qollar: Voyislav Stankoviç, 7. Sezar Mezar Kolli, 64. İsmayıl Zülfüqarlı, 83. Kilan Lebon, 85.
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev.
“Sumqayıt Arena”, 20:00.

Sumqayıt: 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: