Premyer Liqa: “Qarabağ” 20 oyundur uduzmadığı “Qəbələ”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında son çempion “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Sözügedən komandalar indiyə qədər 58 dəfə üz-üzə gəbiblər ki, bu oyunlarda Ağdam təmsilçisinin böyük üstünlüyü var – 33 qələbə. “Qəbələ” cəmi 10 qələbə qazanıb, 15 oyun heç-heçə bitib.

“Qəbələ” 20 matçdır bu rəqibi üzərində qələbə qazanmır. “Qarabağ” son 6 oyunda meydanı qolsuz tərk etmir.

Bu mövsümün ən zəiflərindən olan “Qəbələ” hazırda 4 xalla sonuncu pillədə qərarlaşıb. 10 xalla 4-cü olan “Qarabağ” isə liderlə arasındakı xal fərqini azaltmağa çalışacaq.

Premyer Liqa
7-ci tur
23 sentyabr

“Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”, 18:00.

“Zirə” – “Neftçi” 1:1
Qollar: Qismət Alıyev, 44-pen – Yuri Matias, 22.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə OİK stadionu, 20:30.

24 sentyabr

“Sabah” – “Kəpəz” 2:2
Qollar: Qollar: Con İrasabal, 24. Boyan Letiç, 51-pen – Abdullahi Şuaybu, 8. Georgi Papunaşvili, 60.
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Masazır Arena”, 17:00.

“Səbail” – “Araz-Naxçıvan” 1:0
Qol: Pedro Nuno, 45+2-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Bayıl Arena”, 19:30.

25 sentyabr

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 19:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: