Premyer Liqa: “Səbail” “Neftçi” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turunun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında “Neftçi” “Səbail”i qəbul edib.

Bu komandalar mövsümə məğlubiyyətlə başlamışdılar. “Ağ-qaralar” ilk turda səfərdə “Kəpəz”ə (0:1), “Səbail” isə evdə “Sumqayıt”a (1:4) uduzmuşdu. Bu üzdən də komandalar ilk xal və xallarını qazanmağa çalışıblar.

Paytaxt təmsilçiləri bu günə qədər Azərbaycan çempionatında 23 oyun keçirmişdilər. Bu görüşlərdə aşkar üstünlük “Neftçi”nin tərəfindəydi. 17 qələbəsi olan “ağ-qaralar” 4 heç-heçə edib, cəmi 2 görüşdə uduzmuşdular.

Bu oyunda isə hesabı ilk hissədə “dənizçilər” açıblar. Amma “ağ-qaralar” matçın sonlarında penaltidən vurulan qol sayəsində məğlubiyyətdən xilas ola biliblər. Başqa qol qeydə alınmayınca görüş heç-heçə bitib.

Xatırladaq ki, bu tur “Sabah”ın “Sumqayıt”la səfər oyunu Avropa Konfrans Liqasındakı Serbiya “Partizan”ı ilə görüşə daha yaxşı hazırlaşması üçün təxirə salınıb. Digər oyunlara gəlincə, “Qarabağ” “Turan Tovuz”u 3:0, “Araz-Naxçıvan” “Qəbələ”ni 2:0, “Zirə” “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust

“Neftçi” – “Səbail” 1:1
Qollar: Kenni Sayef, 82-pen – Pedro Nuno, 34.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Bakı. “Neftçi Arena”, 20:00.

Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 21. Anas Najah.
Baş məşqçi: Şahin Diniyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: