Premyer Liqa: “Səbail” “Turan Tovuz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyununda autsayder “Səbail” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək. “Bayıl Arena”da baş tutacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Uzun müddətdir qələbəyə həsrət olan “Səbail” hazırda 19 xalla yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb və elitanı tərk etməyə əsas namizəddir. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tovuz təmsilçisində də işlər qaydasında getmir. Kurban Berdıyevin komandası son dörd oyunda üç məğlubiyyətə üzülüb, bir görüşünü bərabərliklə başa vurub. “Turan Tovuz” hazırda 43 xalla dördüncüdür.

Bu, sözügedən komandaların Premyer Liqa çərçivəsində 12-ci görüşü olacaq. Əvvəlki 11 oyunda “Səbail” 2, “Turan Tovuz” 3 qələbə qazanıb, 6 görüş bərabərliklə yekunlaşıb. “Turan Tovuz” bütün oyunlarda bu rəqibinə qol vurub. “Səbail” son 5 matçda qələbə qazanmayıb.

Premyer Liqa
29-cu tur
5 aprel

“Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 17:00.

6 aprel

“Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 17:00.

“Qarabağ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

7 aprel

“Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 15:30.

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mərdəkan. “Dalğa Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: