Premyer Liqa: “Səbail”lə “Turan Tovuz”dan heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda autsayder “Səbail” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib. “Bayıl Arena”da baş tutmuş qarşılaşmanı Rəşad Əhmədov idarə edib.

Uzun müddətdir qələbəyə həsrət olan “Səbail” bu oyundan öncə 19 xalla yarış cədvəlinin sonuncu pilləsində qərarlaşmışdı və elitanı tərk etməyə əsas namizəd hesab olunur. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tovuz təmsilçisində də işlər qaydasında getmir. Kurban Berdıyevin komandası son dörd oyunda üç məğlubiyyətə üzülmüşdüsə, bir görüşünü də bərabərliklə başa vurmuşdu. “Turan Tovuz” 43 xalla dördüncü sırada idi.

Bu, sözügedən komandaların Premyer Liqa çərçivəsində 12-ci görüşü olub. Əvvəlki 11 oyunda “Səbail” 2, “Turan Tovuz” 3 qələbə qazanmışdı, 6 görüş bərabərliklə yekunlaşmışdı. “Turan Tovuz” bütün oyunlarda bu rəqibinə qol vurmuşdu. “Səbail” son 5 matçda qələbə qazanmamışdı.

Bu oyun isə qolsuz yekunlaşıb. Tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər.

Premyer Liqa
29-cu tur
5 aprel

“Səbail” – “Turan Tovuz” 0:0
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 17:00.

Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Keta, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali.
Məşqçi: Elvin Məmmədov.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: