Premyer Liqa: “Sabah” “Neftçi”yə qarşı, “Qarabağ”…

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə son çempion “Qarabağ” doğma meydanda uzun illər sonra elitaya qayıtmış “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların əvvəlki oyunlarının hamısında meydan sahibi olan komanda qalib gəlib. “Qarabağ” bütün matçlarda qol vurub.

Turun qapanış matçında isə “Sabah” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Bu komandaların indiyəqədərki 19 oyununda “Sabah” 4, “Neftçi” 13 dəfə qələbə sevinib. Son iki qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sabah” öz meydanında son iki görüşündə qələbə qazanıb.

Xatırladaq ki, turun bundan əvvəlki oyunlarında “Kəpəz” evdə “Turan Tovuz”a (0:2), “Qəbələ” “Sumqayıt”a (1:2), “Səbail” də “Zirə”yə (1:2) uduzub.

Premyer Liqa
3-cü tur
18 avqust

“Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: Martin Petrov, 18. Belaydi Pusi, 21.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu, 17:00.

19 avqust

“Qəbələ” – “Sumqayıt” 1:2
Qollar: Osama Xalayla, 53 – İsa Suliman, 3. Kamran Əliyev, 31.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.

“Səbail” – “Zirə” 1:2
Qollar: Yadin Luqasi, 31 – Salifu Suma, 15. Filipe Paxtman, 82.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 20:00.

20 avqust

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Azərsun Arena”, 18:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabbarov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Masazır. “Bank Respublika Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: