Premyer Liqada 4-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 26, 27 və 28 avqustda baş tutacaq.

İlk oyun günündə iki matç keçiriləcək. “Sumqayıt”ın “Turan Tovuz”la ev oyununu İnqilab Məmmədov idarə edəcək. “Neftçi” – “Zirə”
matçı isə Elçin Məsiyevə tapşırılıb.

Şənbə günü “Səbail” və “Kəpəz” arasında baş tutacaq oyunu Tural Qurbanov idarə edəcək. “Qarabağ” – “Şamaxı” matçında isə Nicat İsmayıllı söz sahibi olacaq.

Sonuncu oyun günündə baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşmasının baş hakimi isə Əliyar Ağayev olacaq.

Azərbaycan Premyer Liqası
4-cü tur
26 avqust

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
“Sumqayıt Arena”, 18:00.

“Neftçi” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
VAR: Kamal Umudlu.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “Bakcell Arena”, 20:30

27 avqust

“Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “ASCO Arena”, 18:00.

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “Azersun Arena”, 20:30.

28 avqust

“Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ şəhər stadionu, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: