Bu gün futbol üzrə Fransa Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Yarımfinala qədər irəliləməklə böyük sensasiyaya imza atmış aşağı liqa təmsilçisi “Dünkerk” finala vəsiqə uğrunda görüşdə PSJ ilə üz-üzə gəlib. İlk 27 dəqiqədə iki qol vurmaqla növbəti sürprizə imza atmağa yaxın olan aşağı liqa təmsilçisi bunun davamını gətirə bilməyib. Sonradan 4 qol vuran Fransa nəhəngi 4:2 hesablı qələbə qazanmaqla ilk finalçı olub.
PSJ-nin finaldakı rəqibinin adına sabah keçiriləcək “Kann” – “Reyms” matçında aydınlıq gələcək.
Xatırladaq ki, Fransa Kubokunda cari mövsümün qalibi mayın 24-də keçiriləcək final qarşılaşmasında müəyyənləşəcək.
Fransa Kuboku
Yarımfinal
1 aprel
Dünkerk – PSJ 2:4
Qollar: Sasso, 7. Əl-Saad, 27 – Dembele, 45; 90+3. Markinyos, 48. D.Due, 62.
2 aprel
23:00. Kann – Reyms


