Fransa nəhəngi PSJ bu transfer pəncərəsində italyan qapıçısı Canluici Donnarummanı satışa çıxarmaq fikrində deyil.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, parislilər italiyan qapıçını gələcək layihənin bir hissəsi kimi görürlər. Klub rəhbərliyi qapıçıdan kifayət qədər razıdır və yaxın gələcəkdə onu itirmək istəmir. Bu yayın əvvəlində Donnarummanın özünün PSJ-dən ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.
24 yaşlı Donnarumma 2021-ci ildən parislilərin heyətində çıxış edir və PSJ ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.
Geridə qalmış 2022/2023 mövsümdə Donnarumma parislilərin heyətində 48 oyuna çıxıb, 52 qol “yeyib”, 14 oyundan “quru” çıxıb. İtalyan qapıçı karyerasının əvvəlində yetirməsi olduğu “Milan”da çıxış edib.
“Transfermarkt” internet-portalı Canluici Donnarummanı 45 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, daha əvvəl PSJ-nin bir neçə qapıçı ilə maraqlandığı haqda məlumat yayılmışdı.


