PSJ ÇL-i qazandı, Fransa qarışdı: ölənlər var

Məlum olduğu kimi, Fransa nəhəngi PSJ Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün çempionu adını qazanıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Paris klubunun möhtşəm zəfəri Fransa paytaxtında və eləcə də ölkə ərazsində iğtişaşlara səbəb olub.

Azarkeşlərin ifrat canfəşanlığı səbəbilə PSJ-nin doğma stadionu “Park de Prens” də zərər görüb, həmçinin ölənlər var. Qrenoblda isə minik avtomobili PSJ-nin tarixi qalibiyyətini bayram edən kütləni taran edib.

Mənbənin məlumatına görə başıpozuqluq əsasən paytaxt Parisin mərkəzində yaşanıb. 50-yə yaxın adam şəhər avtobuslardan birinin arxa şüşəsini vurub-sındırıblar. Sürücü və nəqliyyat vasitəsinin içərisindəki sərnişinlər xəsarət almayıblar. Yelisey çöllərində isə avtomobil yandırlıb. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb, alovun miqyasının genişlənməsi önlənib. Bundan başqa, müxtəlif yerlərdə “xoşbəxtlikdən” gözləri qızmış adamların dükanlara hücum çəkdiyi bildirilir. Bir dəstənin isə ayaqqabı dükanına soxularaq piştaxtaları “sil-süpür” etdiyi haqda məlumat var.

İntizamsız azarkeşlər Port-de-Sen-Kluda da iki avtomobilə od vurublar. Jandarmlar buradakı kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Son məlumata görə, jandarmlıq Parisdə keçirdiyi əməliyyat nəticəsində 294 nəfəri həbsə aldığı haqda məlumat verib.
Daksda isə 17 yaşlı yeniyetmə bıçaqlanaraq öldürülüb. Növbətçi hakimin sözlərinə görə, bu hadisənin, azarkeşlərin qarşıdurmasının nəticəsi olduğunu dəqiqləşdirmək mümkün olmayıb, hadisə təhqiqat altındadır. Yeniyetmə ümumi istifadə üçün nəzərdə tutulmuş yoda ikən, baş vermiş iğtişaş zamanı bıçaqlanıb. Zərərçəkmiş təcili surətdə xəstəxanaya təxliyə edilsə də, yeniyetmənin həyatını xilas etəmk mümkün olmayıb.

Qrenoblda isə BMW markalı minik avtomobili PSJ-nin zəfərini bayram edən kütləni taran edib. Nəticədə bir ailənin dörd üzvü xəsarət alıb. Əsas zərərçəkmişlərin 17, 23, 46 yaşlı şəxslər olduğu bildirilir, onlardan ikisini vəziyyəti ağırdır. Sürücünün kütləni taran etməsinin təsadüfən baş verdiyi vurğulanır. Hadisəni törətmiş şəxs jandarmlar tərəfindən həbsə alınıb.

Fransa kütləvi informasiya vəsitələrinin ümumilikdə son məlumatına görə, 192 nəfərin müxtəlif dərəcəli xəsarətlər alığı, 2 nəfərin isə öldürüldüyü bildirilir. Ümumilikdə ölkə ərasizində jandarmlar 427 nəfəri həbsə alıblar. Bu şəxslər vandallıqda, qarətdə və ictimai asayışin pozulmasında təqsirləndirilirlər. Bəzi azarkeş dəstələrinin silahlanaraq, jandarmlara münaqişəyə girdiyi haqda da məlumat var.

PSJ-nin doğma ev stadionu Park de Prens”də zərər çəkib. Oyunu stadionda quraşdırılmış nəhəng lövhədə tribunalradan izləmiş azarkeşlər, final fitinin səslənməsi ilə meydana axışıblar. Nəticədə meydanın ot örtüyü parçalanıb. Həmçinin stadionun infrastrukturuna bəzi ziyan dəydiyi bildirilir, sıradan çıxmış oturacaqlar var.

Vurğulayaq ki, təqdim etdiyimiz məlumat qeydə alınmış hadisələri əks etdirir. Digər qanunsuzluqların da aşkara çıxarılacağı istisna deyil. Ölkəyə dəymiş ziyanın məbləği açıqlanmayıb.

Bu mənzərədə, PSJ-nin 55 yaşlı ispan baş məşqçisi Luis Enrike və parislilərin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele azarkşeləri sülhə, asayişə riayət etməyə səsləyiblər. Göründüyü kimi, müvafq çağırış cavabsız qalıb.

Həmçinin UEFA-nın PSJ-ni cərimələyəcəyi haqda məlumat yayılıb. PSJ azarkeşlərinin final oyununun keçirildiyi “Münhen Arena”dakı “qanacağı” müqabilində Fransa nəhəngi “zibil”ə düşüb. Belə ki, tribunalrada tüstü fişəngləri alışdırmış və atəşfəşanlıq etmiş parislilər meydan üzərinə qatı tüstü çökməsinə səbəb olublar. Əlavə edək ki, müvafiq fişənglərin alovlandırılması UEFA nizamnaməsinə müvafiq olaraq qadağandır. Oyundan sonra meydana axışımış azarkeşlərin davarnışı da yolverilməz hoqqalarla müşayiət edilib. Bütün bunlar UEFA-nın müəyyənləşdirdiyi davranış qaydaları üzrə nizamnaməsinin bir neçə bəndinin kobud surətdə pozulması deməkdir. Təşkilatın İntizam Komitəsinin müvafiq təhqiqat dəstəsi təsis edəcəyi, hadisələri araşdırıb PSJ-ni müvafiq surətdə cərimələyəcək vurğulanır.

Əlavə edək ki, klbular azarkeşlərinin davaranışına görə birbaşa məsuliyyət daşıyırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: