Fransa nəhəngi PSJ komandanın əsas heyətindən başda Neymar olmaqla, bir neçə futbolçusunun xidmətində daha maraqlı olmadığını açıqlayıb.
Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klubun idman direktoru Luis Kampos və komandanın yeni baş məşqçisi Luis Enrike hücumçular – Neymar və Huqo Ekitikeyə, yarımmüdafiəçilər – Marko Verratti və Renato Sançesə, müdafiəçi Xuan Bernata daha komandanın onların xidmətinə ehtiyacı olmadığını bildiriblər.
Daha əvvəl Neymar və Verrattinin PSJ-nin son məşqlərindən birini buraxdıqları barədə məlumat yayılmışdı. Mətbuatda yayılan xəbərlərə görə, italyan yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır. Neymar haqqında şayiələrə görə isə braziliyalı superulduz karyerasını MLS-də davam etdirmək istəyir.
Xatırladaq ki, Paris klubunda əsas ulduz Kilian Mbappe də satışa çıxarılıb.


