PSJ Lenni Manisanı transfer etdi

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Paris təmsilçisi “Genqam”dan Lenni Manisanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Manisa Fransanın U-19 millisinin də üzvüdür. Fransız müdafiəçi ilk dönəmdə PSJ klubunun əvəzedici komandasının uğurları üçün çalışacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: