PSJ səfərdə 3 qola üzüldü, xalsız qaldı

Futbol üzrə Fransa çempionatında 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.

Lider və çempionluğa əsas namizəd PSJ “Nant”ın qonağı olub. Paris təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.

Günün digər matçında isə Lion “Olimpik”i səfərdə “Lans”la qarşılaşıb. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan, son olaraq məhz Ağdam təmsilçisi üzərində 3:1 hesablı qələbə qazanmış Marsel “Olimpik” bu dəfə “Klermon”u sınağa çəkəcək.

Fransa Liqa 1
25-ci tur

18 fevral

Lill – Mets 0:0

19 fevral

Lans – Olimpik (Lion) 1:1
Qol: Klaus, 13 – Kadevere, 44.

Nant – PSJ 3:1
Qol: Muani, 4. Merlin, 16. Blez, 45+5 – Neymar, 47.

20 fevral

16:00. Nitsa – Anje
18:00. Loryan – Monpelye
18:00. Reyms – Brest
18:00. Renn – Trua
18:00. Sent-Etyen – Strasbur
20:05. Bordo – Monako
23:45. Marsel – Klermon

Xəbəri sosial şəbəkələrdə paylaş: