Futbol üzrə Fransa çempionatında 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Strasburq” – “Nitsa” matçında isə hesab açılmayıb. Ötən tur məğlubiyyətlə üzləşən PSJ isə bu dəfə “Sent-Etyen”i sınağa çəkib. Paris təmsilçisi dörd qolun qeydə alındığı bu oyunda inamlı qələbə qazanıb.
Avropa Konfrans Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i “Trua” səfərinə yollanacaq. Lion “Olimpik”i isə son çempion “Lill”i qəbul edəcək.
Fransa Liqa 1
26-cı tur
25 fevral
Monpelye – Renn 2:4
Qol: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.
26 fevral
Strasburq – Nitsa 0:0
PSJ – Sent-Etyen 3:1
Qol: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.
27 fevral
16:00. Monako – Reyms
18:00. Anje – Lans
18:00. Brest – Loryan
18:00. Klermon – Bordo
18:00. Mets – Nant
20:05. Trua – Olimpik (Marsel)
23:45. Olimpik (Lion) – Lill


