PSJ və Marsel “Olimpik”indən darmadağın

Futbol üzrə Fransa çempionatında 28-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

UEFA Çempionlar Liqasında “Real”a məğlubiyyətin üzüntüsünü yaşayan PSJ autsayder “Bordo”nu sınağa çəkib. Paris təmsilçisi doğma meydanda darmadağınla qələbə qazanıb.

Marsel “Olimpik”i isə səfərdə “Brest”in qonağı olub. Marsellilər də bu oyunda darmadağına seviniblər.

Lion “Olimpik”i ilə “Renn”in oyunu da böyük maraq doğururdu. Altı qolun qeydə alındığı bu görüşdə də qonaqlar qələbə qazanıblar.

Fransa Liqa 1
28-ci tur

11 mart

Lill – Sent-Etyen 0:0

12 mart

Monpelye – Nitsa 0:0

Trua – Nant 1:0
Qol: Uqbo, 43.

13 mart

PSJ – Bordo 3:0
Qol: Mbappe, 24. Neymar, 52. Paredes, 61.

Anje – Reyms 0:1
Qol: Flips, 24.

Klermon – Loryan 0:2
Qol: Kone, 72. Petrot, 76.

Mets – Lans 0:0

Strasbur – Monako 1:0
Qol: Djiku, 23.

Olimpik (Lion) – Renn 2:4
Qol: Traore, 59-öz qapısına. Dembele, 82-pen – Buriqe, 11. Santamariya, 13. Mayer, 45+1. Terrye, 49.

Brest – Olimpik (Marsel) 1:4
Qol: Kardona, 90+1 – Jerson, 3. Milik, 63. Harit, 71. C.Ündər, 90+4.

Xəbəri sosial şəbəkələrdə paylaş: