PSJ Vitinyanı transfer etdi, Xavi Simonsu satdı

Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Portuqaliyanın “Portu” komandasının yarımmüdafiəçisi Vitinyanı transfer edib.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayınadək olan müqavilə imzalanıb. Onun transferinin paytaxt təmsilçisinə 40 milyon avroya başa gəldiyi bildirilir.

“Portu”nun yetirməsi olan Vitinyanın Portuqaliya klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi var idi. O, 2021/22 mövsümündə icarə əsasında İngiltərənin “Vulverhempton” komandasında çıxış edib. Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 47 oyuna 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ öz yarımmüdafiəçisi Xavi Simonsu da Niderlandın PSV klubuna satıb. Niderlanddan olan 19 yaşlı futbolçu da yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

İspaniyanın “Barselona” klubunun yetirməsi olan Xavi Simons 2019-cu ildən PSJ-də idi. Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında da oynayan futbolçu Paris təmsilçisinin əsas komandasında 11 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: