PSJ yenə “Nitsa” ilə bacarmadı

Futbol üzrə Fransa çempionatında 27-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

PSJ “Nitsa”nın qonağı olub. Maraqlıdır ki, Paris klubu bu mövsüm iki dəfə qarşılaşdığı “qartallar”i məğlub edə bilməmişdi. Hətta bu oyunlardan birində “Nitsa” paytaxt komandasını kubokda mübarizədən kənarlaşdırmağı bacarmışdı. Bu oyunda da PSJ məğlubiyyətlə üzləşib.

Günün digər matçında isə “Lans” doğma meydanda “Brest”ə minimal hesabla uduzub.

Fransa Liqa 1
27-ci tur
4 mart

Loryan – Olimpik (Lion) 1:4
Qol: Moffi, 57 – Fevr, 5; 78. Dembele, 26. Ekambi, 59.

5 mart

Lans – Brest 0:1
Qol: Honorat, 59.

Nitsa – PSJ 1:0
Qol: Delor, 88.

6 mart

16:00. Sent-Etyen – Mets
18:00. Bordo – Trua
18:00. Nant – Monpelye
18:00. Reyms – Strasburq
18:00. Renn – Anje
20:05. Lill – Klermon
23:45. Olimpik (Marsel) – Monako

Xəbəri sosial şəbəkələrdə paylaş: