Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Paris təmsilçisi “Reyms”dən Huqo Ekitikeni icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Mövsümün sonunda parislilər gənc futbolçunun transfer hüquqlarını da ala biləcəklər.
Huqo Ekitike “Reyms”in öz yetirməsidir. O, ötən mövsüm Liqa 1-də 24 matçda 10 qol vurub. 20 yaşlı forvard komandasının bombardiri olub. Ekitike 2021-ci ildə “Velye”də icarədə də oynayıb.
Yeri gəlmişkən, “Reyms” müdafiəçisi Dario Mareşiçi də Xorvatiyanın “İstra 1961” klubuna icarəyə verib. Avstriyadan olan 22 yaşlı futbolçu da qarşıdakı mövsümün sonunadək Xorvatiya klubunda oynayacaq. Mareşiç ötən mövsümdə də Avstriyanın LASK komandasında icarədə çıxış edib. “Şturm Qrats”ın yetirməsi olan futbolçu 2019-cu ildən “Reyms”də forma geyinir.


