PSJ Yulian Nagelsman ilə danışıqları dayandırdı

Fransa çempionu PSJ-nin yeni baş məşqçisi olması gözlənilən alman mütəxəssis Yulian Nagelsman Paris təmsilçisi ilə razılığa gələ bilməyib.

Arena.az xəbər verir ki, bu barədə italiyan jurnalist-insayder Fabrisio Romano özünün “Twitter” hesabında yazıb.

Tərəflər arasında danışıqlara xitam verildiyi deyilir. Mənbənin məlumatına görə, Nagelsman və PSJ müqavilənin əsas şərtlərində razılığa gələ bilmədikləri üçün tərəflər qarşılıqlı qərar veriblər.

PSJ-nin artıq başqa məşqçi ilə birbaşa əlaqə saxladığı bildirilir.

Daha əvvəl məlum olmuşdu ki, “Bayern” klubla 2026-cı ilə qədər müqaviləsi qalan Nagelsman üçün 10-15 milyon avro məbləğində təzminat almaq istəyir. Buna qədər isə “Bayern”in mart ayında istefaya göndərdiyi Yulian Nagelsman PSJ-nin baş məşqçisi vəzifəsinə əsas namizəd idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: