“Qəbələ” – “Cəbrayıl” matçında 7 qol

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025 mövsümünə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” “Cəbrayıl”la üz-üzə gəliblər.

Matç Qəbələ şəhər stadionunda baş tutub. Məhsuldar keçən görüşdə 7 qol vurulub. “Qəbələ”nin 5:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada Domi Jaures dubla imza atıb. Meydan sahiblərinin digər qollarını Abdullahi Şuaybu, Elvin Yunuszadə və Mehrac Baxşalı vurublar.

Qəbələnin eyniadlı təmsilçisi hazırlıq çərçivəsində daha öncə Küveytin “Əl-Yarmuk” (2:2) klubu və “Zaqatala” (2:0) ilə də qarşılaşmışdı. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda avqustun 19-da “Mingəçevir”lə də üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: