2024/2025-ci illər mövsümündə Birinci Liqada mübarizə aparacaq “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Kaxaber Sxadadzenin yetirmələri yeni mövsümə hazırlıq çərçivəsində “Cəbrayıl”la üz-üzə gəlib.
Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Qəbələnin eyniadlı təmsilçisi paytaxtda keçirilən görüşdə böyükhesablı qələbə qazanıb – 4:1. Qalib komandanın qollarına Asif Məmmədov, Ürfan İsmayılov, Domi Jaures və Sənan Ağalarov imza atıblar.
Qeyd edək ki, bu, “qırmızı-qaralar”ın mövsümə hazırlıq çərçivəsində 5-ci sınağı olub. Küveyt təmsilçisi “Əl-Yarmuk”la heç-heçə (2:2) edən komanda “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2) və “Mingəçevir”ə (4:0) də qalib gəlmişdi.
Yoxlama oyunu
28 avqust
Qəbələ – Cəbrayıl 4:1
Qollar: Asif Məmmədov, Ürfan İsmayılov, Domi Jaures, Sənan Ağalarov.


