2026/2027-ci illər mövsümünə hazırlığı davam etdirən “Qəbələ” yay təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Qətərin “Əl-Xaritiyat” kollektivi ilə üz-üzə gəlib.
Sözügedən komandalar Qəbələ şəhər stadiounda üz-üzə gəliblər. Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əyalət klubunun heyətində Nuğay Rəşidov və Antoni Hunpe fərqləniblər.
Xatırladaq ki, “Qəbələ” əvvəlki yoxlama matçlarında “Kəpəz”ə də 2:1 hesabı ilə qalib gəlmişdi. Bu komanda “Sumqayıt”la 1:1, “İmişli” ilə 2:2 və “Şəfa” ilə də 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün ilk turu çərçivəsində səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.


