“Qəbələ” və “İmişli”dən sınaq matçında məhsuldar heç-heçə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün “İmişli” ilə qarşılaşıb.

Matç Qəbələ şəhər stadionunda keçirilib. Məhsuldar keçən oyunda 4 qol vurulub. Hesabı Karim Rossi açıb. Yeni transfer qonaqların qapısına yol tapıb. Meydan sahibləri fasiləyə qədər fərqi artırıblar. Rəqib topu öz qapısına vurub.

Fasilədən sonra isə qonaqlar 2 dəfə fərqləniblər. “İmişli”nin qollarını Juninyo və Dioqo Kardozo vurublar. Beləliklə, komandalar meydanı 2:2 hesablı bərabərliklə tərk ediblər..

Qeyd edək ki, mövsümlərarası dövrdə son oyununu avqustun 4-də keçirəcək “qırmızı-qaralar” “Şamaxı” ilə üz-üzə gələcəklər. Həmin matç da Qəbələ şəhər stadionunda baş tutacaq.

“İmişli” isə avqustun 3-də “Sumqayıt”la yoxlama oyunları keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: