“Qəbələ” yoxlama matçında “Şamaxı”ya məğlub oldu

2026/2027-ci illər mövsümünə hazırlığı davam etdirən “Qəbələ” və “Şamaxı” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının təmsilçiləri Qəbələdə üz-üzə gəliblər.

Şəhər stadionunun köməkçi meydanında təşkil edilmiş qarşılaşma Şamaxının eyniadlı kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Oruc Məmmədov dubla imza atıb. Meydan sahiblərinin heyətində isə Uboçioma Meşak diqqət mərkəzinə düşüb.

Xatırladaq ki, “Şamaxı” əvvəlki yoxlama oyunlarında “Kəpəz”lə qolsuz heç-heçə etmiş, Qətərin “Əl-Xaritiyat” komandasına 3:0 hesabı ilə qalib gəlmişdi. “Sumqayıt”la görüş isə 0:2 hesablı məğlubiyyətlə başa çatmışdı.

“Qəbələ” əvvəlki yoxlama matçlarında “Kəpəz”ə və Əl-Xaritiyat” kollektivinə oxşar hesabla (2:1) qalib gəlmişdi. Bu komanda “Sumqayıt”la 1:1, “İmişli” ilə 2:2 və “Şəfa” ilə də 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: