Milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilədən istifadə edən “Qəbələ” və “Sabah” yoxlama matçı keçiriblar.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakıdakı “Masazır Arena”da üz-üzə gəliblər.
Əyalət təmsilçisinin gürcü baş məşqçisi Kaxaber Sxadadze bu oyunda aşağıdakı start “11-liy”inə şans verib:
Rəşad Əzizli, Nicat Əliyev, Zurab Oçiqava, Lukas Afriko, Urfan Abbasov, Rauf Hüseynli, Fares Abu Akel, Ahmed Ayzaya, Əyyub Allaş, Samuel Tetteh, Osama Xalayla.
Görüşdə hesabı Sxadadzenin yetirmələri açıblar. Birinci hissədə Əyyub Allaş meydan sahiblərinin qapısına yol tapıb.
Milli üzvlərinin iştirak etmədiyi qarşılaşmanın gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. Fasilədən sonra “qırmızı-qaralar” daha bir qola imza atıblar. Bu dəfə Bilel Auaşeriya fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, əyalət təmsilçisi növbəti matçını martın 29-da “Neftçi”yə qarşı keçirəcək. Azərbaycan Premyer Liqasının 28-ci turunun görüşü Qəbələdə baş tutacaq.
Paytaxt təmsilçisini isə Premyer Liqanın 29-cu turunda “Zirə” ilə üz-üzə gələcək. Bu oyun martın 30-da “Masazır Arena”da baş tutacaq.
Yoxlama oyunu
23 mart
“Sabah” – “Qəbələ” 0:2
Qollar: Əyyub Allaş, Bilel Auaşeriya.


