“Qalatasaray” Mourinyonu məsxərəyə qoydu

Türkiyə nəhəngi “Qalatasaray” “Fənərbaxça”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyonu məsxərəyə qoyub.

Arena.az məlumat verir ki, Türkiyə Super Liqasının 6-cı turunda “Fənərbaxça üzərində 3:1 hesablı səfər qələbəsindən sonra, “Cimbom”un rəsmi “X” sosial şəbəkə hesabında Joze Mourinyo haqda mövzu dərc edilib.

Dərc, üz qabığında Joze Mourinyonun şəkli olan “Ağlağan” adlı kitabın rəsmini və bu rəsmə əlavə edilmiş şərhi ehtiva edir. Belə ki, “Qalatasaray”ın bu hoqqası Mourinyonun “Xüsusi biri” (The special one”) adlı kitabının üz qabığına bir növ “nəzirə”dir. Şərhdə deyilir:

“Sizlər zəka oyunlarına başlamaq cəhdlərinə heyran qalacaqsınız. Əsl ahu-zar ustası! Müəllifin vərəqələrə görə yaşadığı dəlilik gülməyə və düşündürməyə sövq edir. Müəllif gerçəklik qavrayışını xəyal dünyası ilə uğurla yoğurur”.

Qeyd edək ki, derbidə qazanılan qələbə sayəsində “Qalatasaray” 18 xalla Türkiyə Super Liqasının yarış cədvəlinin zirvəsində mövqeyini möhkəmlədib. “Fənərbaxça” isə 13 xalla 2-ci pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: