Qara Qarayev məşqə başladı

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın zədəli yarımmüdafiəçisi Qara Qarayev məşqləri bərpa edib.

Arena.az xəbər verir ki, bu barədə 29 yaşlı futbolçu sosial şəbəkə hesabına məlumat paylaşıb.

Millimizin düşərgəsindən zədəli qayıdan yarımmüdafiəçi, ağrı olmayacağı təqdirdə, 5-6 gündən sonra komanda ilə məşqlərə başlayacağını bildirib.

Qeyd edək ki, Qara Qarayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya, Qətər və Serbiya ilə oyunlara dəvət alsa da, zədə səbəbindən düşərgəni erkən tərk etmək məcburiyyətində qalmışdı. O, “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutacaq “Keşlə” ilə oyununu da buraxacaq.

Aprelin 4-də keçiriləcək “Keşlə” – “Qarabağ” oyununa saat 18:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: