“Qarabağ” Avroliqada ÇSKA səddini keçə bilmədi

Azərbaycanı futbol üzrə Avropa Liqasında (Avroliqa) təmsil edən “Qarabağ” bu gün sözügedən turnir çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşıb.

Bu komandalar arasında ilk görüş Bakıda baş tutmuşdu. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyunda qapılara qol vurulmamışdı.

Qurban Qurbanovun kollektivi Beroedə baş tutan cavab görüşündə qələbə qazanmaqla mərhələ adlamağa çalışıb. Səfərdə istənilən hesablı qələbə “Qarabağ”ı növbəti raunda daşıyacaqdı. Amma səfərdəki oyunda da hesab açılmayıb. Hətta əlavə vaxtda da tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ÇSKA mərhələ adlayan tərəf olub. Azərbaycan təmsilçisi isə Avropa Liqası ilə vidalaşıb. Buna baxmayaraq, Ağdam klubu mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul

ÇSKA (Sofiya) – Qarabağ 0:0 (penaltilər 5:4)
Baş hakim: Van Driessşe (Belçika).
Sofiya. Vasil Levski stadionu.

ÇSKA: Fedor Lapuxov, 2. Pastor, 5. Jan-Filipp Qbamin, 6. Bruno Cordan (k), 7. Maks Ebonq, 8. Stefano Sensi, 9. Leandro Qodoy, 14. Teodor İvanov, 17. Anxelo Martino, 28. İoannis Pittas, 32. Fakundo Rodriqes.
Ehtiyat oyunçular: 25. Dimitar Yevtimov, 10. Joel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadjiyski, 91. Aleks Tunçev, 94. İsaak Solet, 99. Ceyms Eto’o.
Baş məşqçi: Xristo Yanev.

Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k.)
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: