“Qarabağ” azarkeşləri “Rakuv”la matça səslədi – Video

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın “Rakuv” klubunu qəbul edəcək.

Arena.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti bu oyunla bağlı paylaşım edərək, azarkeşlərə çağırış edib:

“Əziz azarkeşlərimiz!

“Rakuv”la Bakı Olimpiya Stadionunda keçirəcəyimiz oyunda yolunuzu gözləyirik!

Milyonlarla ürək yenə eyni döyünəcək!

Sizin dəstəyinizlə bu dəfə də bacaracağımıza inanırıq!

Biz birlikdə “Qarabağ”ıq!”

Xatırladaq ki, bu komandalar arasında Polşada baş tutan ilk oyunda meydan sahibləri 3:2 hesablı qələbəyə seviniblər. Avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyununa isə saat 20:00-da start veriləcək.

“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” komandasına hər iki oyunda (səfərdə 2:1, evdə 4:0) qalib gələrək 2-ci raunda yüksəlib. “Rakuv” da startda Estoniya “Flora”sını hər iki oyunda məğlub edib – evdə 1:0, səfərdə 3:0.

Bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə Kipr “Aris”inin güclüsü ilə qarşılaşacaq. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Potensial rəqiblər də məlumdur: HJK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubu.

Xəbəri sosial şəbəkələrdə paylaş: