Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” heyətini braziliyalı futbolçu ilə gücləndirə bilər.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Real Sport Club” komandasında çıxış edən Felipe Rayanla maraqlanır.
Bu barədə “Record” nəşri məlumat yayıb. 24 yaşlı braziliyalı yarımmüdafiəçini Azərbaycan çempionu ilə yanaşı Rumıniya təmsilçiləri də heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Felipe Rayan 2019-cu ildən “Real SC” komandasında oynayır. Sözügedən klub Portuqaliyanın 3-cü liqasında mübarizə aparır. Yarımmüdafiəçi daha öncə “Sernake”, “Kaldas” və “Akademiko Vizeu” klublarında da forma geyinib.


