“Qarabağ” bu gün İsveçə yola düşür

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hakken”in qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi saat 18:00-da İsveçə yollanacaq.

Ağdam təmsilçisi Göteborq şəhərindəki “Scandic Opallen Hotel”də məskunlaşacaq.

Sabah baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubirin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Oktyabrın 4-də baş tutacaq tədbirə Bakı vaxtı ilə 20:40-da start veriləcək. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda baş tutacaq.

Xatırladaq ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: