Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib.
Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionları arasındakı cavab qarşılaşması Bakıda təşkil olunub.
Görüşü İngiltərədən olan hakimlər briqadası idarə ediblər. Qarşılaşmanın baş hakimi tanınmış FIFA referisi Maykl Oliver olub.
Bu komandalar arasındakı ilk qarşılaşma bir həftə əvvəl Zaqrebdə keçirilmiş və xorvatların 3:0 hesablı qələbəsiylə yekunlaşmışdı. Bu üzdən də Ağdam klubu ÇL-də əsas mərhələyə vəsiqə qazanmaq üçün bu gün çox fantastik bir oyun keçirməliydi. Lakin çox təəssüf ki, doğma meydanda da məğlubiyyətə üzülən təmsilçimiz qitənin ən nüfuzlu klub turniri ilə vidalaşmalı olub. Azərbaycan çempionu bu mövsüm avrokubok mübarizəsini Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
28 avqust
“Qarabağ” – “Dinamo” (Zaqreb) 0:2
Qollar: Marko Pyaça, 32. Mateus Silva, 53-öz qapısına.
Qırmızı vərəqə: Kevin Medina, 88 (ikinci sarı).
Baş hakim: Maykl Oliver.
Baş hakimin köməkçiləri: Stüart Burt, Li Betts.
Dördüncü hakim: Kris Kavanaq
VAR hakimləri: Stüart Attvell, Timoti Vud (Hakimlər briqadası İngiltərədəndir).
Hakim-inspektor: Peter Sippel (Almaniya).
UEFA nümayəndəsi: Balaş Makray (Macarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:3.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva (30. Abbas Hüseynov, 80), 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k) (17. Hamidu Keyta, 88), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade (27. Toral Bayramov, 78), 18. Olavio Juninyo (90. Nəriman Axundzadə, 78), 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade (24. Aleksey İsayev, 80), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabiyan Buntiç, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Dinamo: 33. İvan Nevistiç, 3. Takuya Oqivara (6. Maksim Bernauer, 46), 9. Bruno Petkoviç (k) (19. Xuan Kordoba, 66), 10. Martin Baturina (30. Marko Roq, 66), 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyer-Qabriel (11. Arber Hoca, 84), 20. Marko Pyaça (77. Dario Şpikiç, 80), 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofil-Katrin.
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 36. Luka Vrbançiç, 66. Branko Paviç.
Baş məşqçi: Sergey Yakiroviç.


