“Qarabağ” 2020-ci il üçün maliyyə hesabatını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Hesabatdan görünür ki, “Qarabağ” 2020-ci ili 3 milyon 491 min 100 manat zərərlə başa vurub. Halbuki, 2019-cu ildə zərər 1 milyon 92 min 700 manat olub. Bir sözlə, klubunun zərəri 3.5 dəfə artıb.
Ötən il “Qarabağ” 12 milyon 584 min 700 manat, əvvəlki il isə 8 milyon 620 min 700 manat gəlir əldə edib.
Bunun 11 milyon 947 min 100 manatı yayım hüququndan, 637 min 600 manatı isə sair gəlirlərdən daxil olub. İl ərzində klubun xərcləri 6 milyon 222 min 300 manat azalaraq 16 milyon 75 min 800 manat təşkil edib.
Daha öncə “Sabah” və “Sumqayıt” klubları ötən il üçün maliyyə hesabatını açıqlamışdı.




