“Qarabağ” – “Dinamo” matçının bilet qiymətləri açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) oyununun biletləri satışa çıxarılır.

Arena.az xəbər verir ki, bu oyunun biletləri sabahdan etibarən satışda olacaq.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, biletlər avqustun 22-də saat 12:00-da satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri isə bunlardır:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

“Qarabağ” FK-nın “Park Bulvar”dakı Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, “Qarabağ”la “Dinamo” arasındakı ilk qarşılaşma avqustun 20-də Zaqrebdə keçirilib. Ağdam klubu ilk qarşılaşmada 0:3 hesablı məğlubiyyətə üzülüb.

Bu komandalar arasındakı Bakıdakı görüş isə avqustun 28-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: