Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.
Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya çempionları arasındakı cavab qarşılaşması Bakıda təşkil olunacaq.
Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcəklər.
Bu komandalar arasındakı ilk qarşılaşma bir həftə əvvəl Zaqrebdə keçirilib və xorvatların 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Bu üzdən də Ağdam klubu ÇL-də əsas mərhələyə vəsiqə qazanmaq üçün bu gün çox fantastik bir oyun keçirməlidir.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
28 avqust
20:45. “Qarabağ” – “Dinamo” (Zaqreb)
Baş hakim: Maykl Oliver.
Baş hakimin köməkçiləri: Stüart Burt, Li Betts.
Dördüncü hakim: Kris Kavanaq
VAR hakimləri: Stüart Attvell, Timoti Vud (Hakimlər briqadası İngiltərədəndir).
Hakim-inspektor: Peter Sippel (Almaniya).
UEFA nümayəndəsi: Balaş Makray (Macarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:3.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabiyan Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Dinamo: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyer-Qabriel, 20. Marko Pyaça, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofil-Katrin.
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoca, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Baş məşqçi: Sergey Yakiroviç.


