Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Hakken” ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, H qrupunda yer alan İsveç və Azərbaycan çempionları Göteborq şəhərindəki “Ullevi” stadionunda üz-üzə gəliblər. Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edib.
“Hakken” Avroliqanın qrup mərhələsinə məğlubiyyətlə başlamışdı. Sözügedən komanda səfərdə Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzmuşdu. Azərbaycan çempionu isə ilk turda Norveçin “Molde” komandasını Bakıda 1:0 hesabıyla məğlub etmişdi.
Bu oyun da İsveç təmsilçisi üçün uğurlu alınmayıb. Belə ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə minimal hesabla qələbə qazanıb.
Bu gün qrupun digər matçında “Bayer” də səfərdə “Molde”yə 2:1 hesabıyla qalib gəlib.
Avropa Liqası
H qrupu, 2-ci tur
5 oktyabr
“Hakken” – “Qarabağ” 0:1
Qol: Jununyo, 70.
Baş hakim: Sebastyan Qişamer.
Baş hakimin köməkçiləri: Roland Ryedel, Santino Şreyner.
Dördüncü hakim: Stefan Ebner.
VAR: Kristian-Petru Çioirça.
AVAR: Aleksander Harkam (hamısı Avstriya).
Göteborq. “Ullevi” stadionu.
Hakken: 26. Peter Abrahamson, 13. Simon Sandberq (8. Abdulrazaq İshaq, 78), 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya (10. Ali Yussef, 78), 23. Mamadu Sonko (27. Romeo Amane, 56).
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 5. Even Hovland, 15. Kadir Hodziç, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 22. Tobias Sana, 25. Abdulaye Faye, 39. İsak Brusberq.
Baş məşqçi: Per Matias Hoqmo.
Qarabağ: 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k) (5. Maksim Medvedev, 67), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzya (20. Riçard Almeyda, 77), 10. Abdullah Zubir, 18. Juninyo Olavio (17. Hamidu Keyta, 77), 15. Leandro Andrade (27. Toral Bayramov, 82).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Xal: Bayer – 6. Qarabağ – 6. Molde – 0. Hakken – 0.


