Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Qarabağ” bu gün 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna komandaları arasındakı ilk görüş məlum səbəblərdən Polşada baş tutub.
Lyublin şəhərində təşkil edilmiş matçı danimarkalı hakimlər briqadası idarə edib. Baş hakim Morten Kroq olub.
Ağdam təmsilçisi səfər matçında sərfəli nəticə qazanmağa çalışsa da, bu istəyinə çata bilməyib. Nominal meydan sahibləri 10-cu dəqiqədə vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.
Bu komandalar arasında gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək cavab matçına saat 20:00-da start veriləcək.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
6 avqust
Dinamo (Kiyev) – Qarabağ 1:0
Qol: Matvey Ponomarenko, 10.
Qırmızı vərəqə: Cebrail Makreçkis, 88.
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (Danimarka).
Polşa. Lyublin. “Motor Lyublin Arena”.
Dinamo: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 6. Vladimir Brajko, 11. Matvey Ponomarenko, 15. Valentin Rubçinski, 21. Yustin Lonveyk, 32. Taras Mixavko, 39. Eduardo Gerrero, 44. Vladislav Dubinçak (k), 70. Boqdan Reduşko, 94. Tomas Kedziora.
Ehtiyat oyunçular: 35. Ruslan Neşçeret, 43. İlya Olxovi, 7. Andrey Yarmolenko, 8. Aleksandr Pixalyonok, 9. Nazar Voloşin, 10. Mikola Şaparenko, 18. Aleksandr Tımçik, 22. Vladislav Kabayev, 29. Vitali Buyalski, 40. Kristian Bilovar, 66. Aliu Tiare, 99. Pyer Munqenqe.
Baş məşqçi: İqor Kostyuk.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 21. Aleksey Kaşuk, 25. Cebrail Makretskis, 29. Renaldo Sefas, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqa, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 55. Bədavi Hüseynov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.


