“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Qurban Qurbanov qrup mərhələsində bütövlükdə 28 futbolçunun xidmətindən yararlana biləcək. Siyahıda 4 qapıçı, 10 müdafiəçi, 11 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının H qrupunda İsveçrənin “Bazel”, Kiprin “Omoniya” və Qazaxıstanın “Kayrat” komandaları ilə mübarizə aparacaq. “Köhlən atlar” ilk oyununu sentyabrın 16-da Bakıda “Bazel”ə qarşı keçirəcək.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 94. Ayhan Arazlı (B siyahısı);
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev (B siyahısı);
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 17. Qaspar Panadero 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı), 28. Hüseyn Hüseynzadə;
Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev.



