“Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Ludoqorets”lə qarşılaşıb.
Arena.az xəbər verir ki, Bolqarıstan çempionu ilə görüş Razqard şəhərində baş tutub.
Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edib. Azərbaycan çempionu Bakıdakı ilk oyunda 1:2 hesabıyla uduzduğu üçün, səfər matçında inamlı qələbə qazanmağa borclu idi. Çünki mərhələ adlamaq üçün Ağdam təmsilçisinə mütləq 2 top fərqi ilə qalib gəlmək lazım idi.
Görüşün əsas vaxtında Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb. Bu üzdən cütün qalibini müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha möhtəşəm çıxış edən qonaqlar bolqarları düz 4 dəfə meydanın mərkəzinə dəvət ediblər. Beləcə, yekunda darmadağınla qalib gələn Ağdam klubu pley-offa vəsiqə qazanıb.
Beləliklə, bu cütün qalibi olan “Qarabağ” ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Məğlub olan tərəf – “Ludoqorets” isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq. Yeri gəlmişkən, bu cütdə də sevinən tərəf “Petrokub” olub.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
13 avqust
“Ludoqorets” – “Qarabağ” 2:7
Qollar: Kvadvo Dua, 13; 23-pen – Olavio Juninyo, 6. Yassin Benzya, 45+1; 118. Patrik Andrade, 45+5; 112. Toral Bayramov, 93. Redon Cica, 111.
Hakimlər: Simone Sozza, Corco Peretti, Davide İmperiale, Matteo Marketti (hamısı İtaliya).
VAR hakimləri: Canluka Aureliano, Marko Serra (hər ikisi İtaliya).
Razqrad. “Ludoqorets Arena”.
Ludoqorets: 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Olivye Verdon, 4. Dinis Almeyda, 17. Son (16. Aslak Fonn Vitri, 91), 30. Pedro Naressi (15. Edvin Kurtuluş, 108), 23. Deroy Duarte (10. Matias Tissera, 96), 6. Yakub Pyotrovski (18. İvaylo Çoçev, 46), 7. Rik, 9. Kvadvo Dua (8. Todor Nedelyov, 102), 12. Ruan Seko (90. Spas Delev, 73).
Ehtiyat oyunçular: 1. Serxio Padt, 67. Damyan Hristov, 14. Denni Qropper, 82. İvan Yordanov.
Baş məşqçi: Georgi Dermenciyev.
Qarabağ: 97. Fabiyan Buntiç, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 84), 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç (2. Mateus Silva, 30), 8. Marko Yankoviç (66. Patrik Andrade, 38), 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade (90. Nəriman Axundzadə, 98), 18. Olavio Juninyo (19. Redon Cica, 106).
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.


